İdman

Milyonların yağışı: “Barselona” üç transferə nə qədər xərcləyəcək?

Sharing is caring!

İspaniyanın “Barselona” futbol klubu “Lids”in vingeri Rafinyanı öz sıralarına qatıb.

Futbolçu ilə beş illik müqavilə imzalanıb.

Kataloniya klubu futbolçunun transfer məbləği barədə məlumat yaymasa da, mənbələr “Barselona”nın Rafinya üçün 55 milyon avrodan keçdiyini yazır. 

Beləliklə, Xavi Ernandesin sərəncamında iki sağ cinah hücumçusu – Usman Dembele və Rafinya olacaq.

“Barselona”nın növbəti hədəfi “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski və “Sevilya”nın 23 yaşlı müdafiəçisi Oliviye Kundedir.

Mənbə yazır ki, ümumilikdə “Barselona” cari il öz heyətini gücləndirmək üçün 330 milyon avro vəsait ayırıb.

Mənbə: Marca

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir