Dünya manset

Trampdan qəribə tələb: Qrenlandiyanı satmırsa…

ABŞ Prezidenti Donald Tramp Danimarka Baş naziri Mette Frederiksenlə planlaşdırılan görüşünü təxirə salıb.

XeberAl.az xəbər verir ki, bu məlumatı Tramp öz Tvitter səhifəsində paylaşıb.

“Danimarka möhtəşəm insanlara sahib olan çox özəl ölkədir. Baş nazir Mette Frederiksenin şərhlərinə əsaslansaq, onun Qrenlandiyanın satın alınmasını müzakirə etməkdə maraqlı olmadığını görərik. Mən iki həftə sonraya planlaşdırılan görüşümüzü başqa zamana çəkirəm”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Frederiksen Qrenlandiyanın ABŞ-a satılması fikrinin absurd olduğunu bildirib. O həmçinin sentyabrın əvvəli Vaşinqtona səfər edəcəyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir