Dünya

Trampın keçmiş müşavirindən ETİRAF: Çevriliş cəhdlərində iştirak edib

Sharing is caring!

ABŞ-ın keçmiş prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton xaricdə çevrilişlərin hazırlanmasında iştirak etdiyini bildirib.

Bu barədə o, çərşənbə axşamı CNN-ə müsahibəsində 2021-ci ilin yanvarında Tramp tərəfdarlarının Kapitoliyə hücumunu şərh edərkən deyib.

“Burada (ABŞ-da) yox, başqa yerlərdə çevrilişlərin planlaşdırılmasına kömək edən biri kimi mən demək istəyirəm ki, bu, ədalətli işdir”, – deyə o qeyd edib.

“O, (Tramp) sadəcə olaraq bir ideyadan digərinə keçirdi və bu da nəticədə etirazçıların Kapitoli binasına soxulmalarına səbəb oldu”, – deyə Bolton əlavə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir