Dünya

Avropa İttifaqı Rusiyanın 14 milyard avroluq aktivlərini dondurub

Sharing is caring!

Avropa İttifaqı 2022-ci il fevralın 24-dən Ukraynada keçirilən hərbi əməliyyat nəticəsində sanksiyalara məruz qalan rusiyalı milyarderlərin, fiziki və hüquqi şəxslərin 13,8 milyard avro məbləğində aktivlərini dondurub.

Bu barədə Aİ komissarı Didye Reynders məlumat verib.

Onun sözlərinə görə, dondurulmuş aktivlərin əksəriyyəti (12 milyard avrodan çox) Aİ-nin yalnız beş ölkəsinin payına düşüb.

Avropa rəsmisi həmin ölkələrin adını çəkməyib.

Mənbə: newprospect.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir