Dünya

Qazaxıstanda şəkər qıtlığı yaranıb – VİDEO

Sharing is caring!

Qazaxıstanda şəkər qıtlığı yaranıb.

Sosial şəbəkələrdə ölkə mağazalarında bu ərzaq məhsulunu əldə etmək üçün izdihamın yaranmasını əks etdirən görüntülər yayılıb.

Hadisə Karaqanda şəhərindəki “Ayan” supermarketində qeydə alınıb. Mağaza inzibatçının sözlərinə görə, şəkər satışı zamanı növbə yaranıb və bəzi alıcılar bu məhsulu müəyyən olunmuş normadan artıq götürməyə cəhd ediblər.

Münaqişənin qarşısını almaq üçün satıcı polisə müraciət edib. Hadisə yerinə gələn polis əməkdaşları sakinlərlə izahat işləri aparıblar.

Karaqanda Şəhər Aparatının Sahibkarlıq İdarəsi bildirib ki, bu gün regionun ticarət anbarlarında 440 ton şəkər var. Rayonun topdansatış tədarükçüləri daha 1088 ton (16 vaqon) məhsulun pulunu ödəyib və o, yoldadır. Həmçinin sabitləşdirmə fondunda da 160 ton şəkər saxlanılır.

Mənbə: zakon.kz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir