Dünya

Şri-Lankada yeni prezident seçkilərinin tarixi açıqlandı

Sharing is caring!

Şri-Lanka parlamentinin sədri Mahinda Yapa Abeivardena yeni prezidentin seçkilərinin tarixini açıqlayıb.

O, bildirib ki, ölkənin siyasi partiyalarının rəhbərləri ümumi yığıncağın iyulun 20-nə təyin edilməsi barədə qərar qəbul ediblər.

Qeyd edək ki, Şri-Lanka prezident ümumi seçkilər yoluyla beş il müddətinə seçilir. Bununla belə, xüsusi şərtlər tələb etdikdə, ölkə konstitusiyası parlament səsverməsi yolu ilə əvvəlki müddətin qalan hissəsi üçün yeni prezidentin seçilməsi mexanizmini nəzərdə tutur.

Xatırladaq ki, hazırki prezident Qotabaya Rajapaksa ümumxalq etirazları səbəbindən iyulun 13-də vəzifəsini tərk edəcəyini açıqlayıb.

Mənbə: govoritmoskva.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir