Dünya

Bloomberg: “Aİ yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər”

Sharing is caring!

Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətlə əlaqədar yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar paketi təklif etməyi planlaşdırır.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, hazırda Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması mexanizmlərinin müzakirəsi hələ də davam edir və bu məsələ ilə bağlı qərarın yaxın vaxtlarda verilmə ehtimalı azdır.

Qeyd olunub ki, ittifaqa üzv bəzi ölkələr Rusiya qazına qarşı sanksiyaların genişləndirilməsində israrlıdır, lakin Aİ ölkələrinin böyük əksəriyyəti bu cür tədbirləri dəstəkləmir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir