Dünya

Ukraynada raketlə dağıdılmış evdə ölənlərin sayı 24-ə çatdı

Sharing is caring!

Ukraynanın Çasovoy Yar şəhərində beşmərtəbəli yaşayış binasında xilasetmə əməliyyatları zamanı daha iki nəfərin meyiti tapılıb. Bununla da ölənlərin ümumi sayı 24-ə çatıb.

Bu barədə Dövlət Fövqəladə Hallar Xidməti məlumat verib.

Xilasedicilər bildiriblər ki, dağıntılar altında daha beş nəfərin meyiti müşahidə edilir.

Doqquz nəfər isə xilas edilib.

Qeyd edək ki, iyulun 10-da Rusiya ordusu Çasovoy Yar şəhərinə raket zərbələri endirib. Nəticədə beşmərtəbəli binada 20 nəfər həlak olub, daha 20 nəfərin dağıntılar altda qalması ehtimal olunurdu.

Mənbə: Ukrainskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir