Dünya

Azərbaycanla qonşu dövlətdə bir həftə ərzində koronavirusa yoluxma beş dəfə artıb

Sharing is caring!

“Gürcüstanda bir həftə öncə koronavirusa orta sutkalıq yoluxma sayı 100 idisə, hazırda bu göstərici 500 təşkil edir. Lakin bu, narahatlıq yaratmır. Bəzi ölkələrdə bu göstərici nisbətən çoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Zurab Azaraşvili keçirdiyi brifinqdə deyib.

Nazir Gürcüstanda epidemioloji vəziyyətin stabil olduğunu bildirib:

“Təşviş üçün əsas yoxdur. Yoluxma hallarında kəskin artım müşahidə edilmir və epidemioloji vəziyyət tam idarəolunandır”.

Z.Azaraşvili cari vəziyyətdə hər hansı bir məhdudiyyətin tətbiqi üçün əsasın olmadığını qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir