Dünya

Şri-Lankada etirazçıların prezident iqamətgahını tərk etmək üçün şərtləri məlum olub

Sharing is caring!

Şri-Lankada prezident Qotabai Rajapaksanın rəsmi iqamətgahını ələ keçirən etirazçılar dövlət başçısı və baş nazir istefaya gedənə qədər malikanədə qalacaqlarını bildiriblər.

Bu barədə etiraz hərəkatının liderlərindən biri, dramaturq Ruvanti de Çikera mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, prezident iyulun 13-də, baş nazir isə yeni hökumət formalaşandan sonra vəzifədən gedəcəklərini açıqlayıblar.

Mənbə: RBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir