Dünya

Roma Papası Ukraynaya səfər etməyi planlaşdırır

Sharing is caring!

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən beş ay sonra Roma Papası Fransisk Ukraynaya səfər etmək niyyətindədir.

Səfərin avqustda baş tutacağı gözlənilir.

Bu barədə Vatikanın dövlətlərlə əlaqələr üzrə katibi Pol Riçard məlumat verib.

Fransiskin Ukrayna səfərinə hazırlıq onun Kanadaya səfərindən sonra başlayacaq.

“Papa əmindir ki, bu səfər baş tutsa, müsbət nəticələr əldə ediləcək. O, Ukraynaya gedəcəyini, həmçinin Moskvaya getməyə və Rusiya hakimiyyəti ilə görüşməyə hər zaman hazır olduğunu söyləyib”, – deyə məlumatda bildirilir.

Papa eyni zamanda Rus Pravoslav Kilsəsinin rəhbəri Kirilllə də görüşə ümid etdiyini qeyd edib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir