Dünya

Sinqapur startapı orqanizmin biotullantılarını gələcək üçün saxlamağı təklif edir

Sharing is caring!

Sağlam insandan alınan nəcisin transplantasiyası bir çox xəstəliklərin müalicəsində kömək edir.

Son üç il ərzində transplantasiya üçün mindən çox nəcis nümunəsi toplayan “Amili” startapı gələcək prosedurlar məqsədilə öz nümunələrini saxlamaq istəyən insanlar üçün ayrıca bank yaradıb.

İnsanlar gənc və sağlam olduqda bağırsaq mikrobiomunun ideal versiyasını donduraraq qoruya, qocalanda isə mədə-bağırsaq traktında problemlər yaranarsa, nəcis köçürə bilərlər.

Qeyd edək ki, öz nəcisini saxlamaq elə də ucuz deyil. Startapın bu xidməti 5500 dollara başa gəlir.

Mənbə: tjournal.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir