Dünya

ABŞ F-35-lərini Estoniyada yerləşdirir

Sharing is caring!

Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti ABŞ-ın F-35 qırıcılarının Tallin yaxınlığındakı Emari aviabazasına yerləşdirildiyini açıqlayıb.

Hazırda orada Fransanın “Mirage-2000” təyyarələri və Belçika F-16-larının yerləşdirildiyi vurğulanıb.

Amerika qırıcıları Baltikyanı ölkələr üzərində hava məkanını qorumaq missiyasını gücləndirmək üçün aviabazaya gəlib.

Qeyd edək ki, Baltikyanı ölkələrin öz hava məkanlarında patrul xidməti üçün uyğun təyyarələri yoxdur. Buna görə də, həmin ölkələrin NATO-ya daxil olduğu 2004-cü ildən digər alyans üzvlərinin təyyarələri növbə ilə hava məkanını qoruyur.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir