Dünya

NATO-nun keçmiş komandanı Ukraynaya Krım körpüsünü partlatmağı məsləhət görüb

Sharing is caring!

NATO-nun Avropa Ordusunun keçmiş komandanı, general Filip Bridlav Ukrayna Silahlı Qüvvələrinə (ASQ) Rusiyanı zəiflətmək üçün növbəti hədəfə diqqət yetirməyi tövsiyə edib.

Bu barədə “The Times” yazır.

Alyansın keçmiş komandanının sözlərinə görə, Kiyev Kerç boğazından keçən Krım körpüsünə hücum edə bilər. General körpüyə ABŞ-ın iyun ayında Ukraynaya tədarük etdiyi “Harpun” gəmi əleyhinə raketləri ilə zərbə endirməyi məsləhət görüb.

Bridlavın fikrincə, Ukraynanın Krım körpüsünə hücumu tamamilə haqlıdır. O, Kramatorskdakı dəmiryol vağzalına vurulan zərbəni xatırladıb.

“Kerç körpüsü – qanuni hədəfdir”, – deyə general fikrini yekunlaşdırıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir