Dünya

Avropa Parlamenti Ukrayna üçün 1 milyard avroluq yardımı təsdiq edib – FOTO

Sharing is caring!

Avropa Parlamenti müharibə ilə bağlı Ukraynaya dəstək üçün 1 milyard avroluq makromaliyyə yardımı ayırmaq yolunda “yaşıl işıq” yandırıb.

Bu barədə “Avropa həqiqətləri” məlumat yayıb.

Parlament Avropa Komissiyasının Ukraynaya mart və may aylarında köçürülmüş 1,2 milyard avrodan əlavə, sərfəli şərtlərlə əlavə kreditin verilməsi təklifini dəstəkləyib.

Bu məbləğ ümumi məbləği 9 milyard avro olan müstəsna makromaliyyə yardım paketinin ilk tranşıdır.

Kredit Ukraynanın mühüm hökumət funksiyalarını maliyyələşdirə bilməsi üçün təcili ehtiyac zamanı sürətli maliyyə dəstəyi kimi verilir.

Qərar lehinə 522, əleyhinə 17, bitərəf 25 səslə qəbul edilib.

Ukraynanın Baş naziri Denis Şmiqal qərara görə Avropa Parlamentinə təşəkkür edib.

Mənbə: Evropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir