Dünya

Putin Paşinyanla Azərbaycan – Ermənistan münasibətlərini müzakirə edib

Sharing is caring!

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan və Rusiya liderləri ikitərəfli gündəliyin bir sıra məsələləri, eləcə də regiondakı prosesləri müzakirə ediblər.

Tərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası, Ermənistan-Azərbaycan sərhədində delimitasiya və təhlükəsizlik üzrə komissiyanın fəaliyyəti, eləcə də regionda kommunikasiyaların açılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Mənbə: Sputnik Armenia

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir