Dünya

Kral Arturun məzarında qazıntılara başlanır

Sharing is caring!

Mançester Universitetinin arxeoloqları əfsanələr sayəsində bütün dünyada məşhur olan Kral Arturun məzarında qazıntı işlərinə başlayıblar.

Herefordşirin Qızıl Vadisində yerləşən tarixi kompleks doqquz daş blok üzərində ucaldılmış, çəkisi 25 tondan çox olan monolitdən hazırlanmış kurqan və tikilidən ibarətdir.

Tədqiqatçıların fikrincə, kurqan eramızdan əvvəl III-IV minilliklər arasında yaranıb və İngiltərə tarixi ilə ayrılmaz şəkildə bağlı olan blokların inşası isə 13-cü əsrdə baş verib. Bugünədək abidənin yalnız bir hissəsi salamat qalıb.

Mütəxəssislər hesab edirlər ki, qədim zamanlarda tikili məzar kimi deyil, ayin və mərasimlərin keçirildiyi yer kimi istifadə olunub.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir