Dünya

Hindistanda bəzi plastik məhsullar qadağan edilir – FOTO

Sharing is caring!

Hindistanda stəkanlar da daxil olmaqla birdəfəlik plastik məhsulların 19 kateqoriyası qadağan edilib.

Bu tədbir hökumətin plastikdən imtina planında ilk addımdır. Siyahıya daxil edilmiş əşyaların istehsalına, idxalına, saxlanmasına və paylanmasına icazə verilmir.

Plastik məmulat istehsalçıları yüksək inflyasiya şəraitində iş yerlərinin itirilməsinin qarşısını almaq üçün səlahiyyətlilərdən qadağanı təxirə salmağı xahiş etsələr də, hökumət bundan imtina edib.

Rəsmi məlumatlara görə, 2020-ci ildə ölkədə 4,1 milyon ton plastik tullantı istehsal edilib.

Mənbə: Associated Press

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir