Dünya

Məşhur rusiyalı müğənni Narsis Kamerunda dəfn ediləcək

Sharing is caring!

Məşhur rusiyalı müğənni Pyer Narsis Kamerunda dəfn olunacaq.

Bu barədə Kamerunun Rusiyadakı səfirliyinin mətbuat katibi Tanqu Bianqa məlumat verib. Ancaq dəfn mərasiminin dəqiq tarixi açıqlanmayıb.

Bundan əvvəl Narsisin keçmiş həyat yoldaşı Valeriya Kalaçeva ifaçının nəşinin iyunun 30-da keçiriləcək vida mərasimindən dərhal sonra Kameruna göndəriləcəyini demişdi.

Qeyd edək ki, Pyer Narsis 2000-ci illərdə “Ulduz Fabriki”ndə (“Fabrika Zvyozd”) ifa etdiyi “Şokoladnıy Zayets” mahnısı sayəsində məşhurlaşmışdı.

45 yaşlı müğənninin ölümü barədə iyunun 22-də məlum olub. Yaxınlarının sözlərinə görə, ölüm podaqra xəstəliyindən olub.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir