Dünya

Stoltenberq yeni Strateji Konsepsiyanın Rusiya ilə bağlı əsas müddəasını açıqladı

Sharing is caring!

“NATO Rusiyanı sammitdə alyans üçün birbaşa təhdid kimi səciyyələndirəcək və NATO-nun gələcəyinin qurulmasında çertyoj rolunu oynayacaq yeni Strateji Konsepsiya qəbul ediləcək”.

Bunu çərşənbə günü NATO-nun Baş katibi Yens Stoltenberq sammitə gələrkən deyib.

“Biz alyansımız üçün yeni Strateji Konsepsiya qəbul edəcəyik ki, bu da alyansı gələcəkdə daha rəqabətli və təhlükəli dünyaya necə aparmağın, NATO-nun və onun tərkibində olan bir milyard vətəndaşın təhlükəsizliyini necə təmin etməyin çertyojuna çevriləcək”, – deyə Stoltenberq qeyd edib.

“Əvvəlki Strateji Konsepsiya 2010-cu ildə qəbul edilib və orada Rusiya strateji tərəfdaş adlandırılıb. Yeni Strateji Konsepsiyada isə Rusiya alyansın təhlükəsizliyinə əsas təhdid kimi səciyyələndiriləcək”.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir