Dünya

Rusiya Co Baydenin ailə üzvlərinə sanksiyalar tətbiq edib

Sharing is caring!

Moskva ABŞ-a qarşı sanksiyalar siyahısına daha 25 nəfərin, o cümlədən ABŞ Prezidenti Co Baydenin ailə üzvlərinin adlarını əlavə edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi çərşənbə axşamı bildirib.

“ABŞ-ın Rusiyanın siyasi və ictimai xadimlərinə qarşı durmadan genişlənən sanksiyalarına cavab olaraq rusofobiya kursunun formalaşmasına məsul olan senatorlar, anti-Rusiya restriksiyaları ilə bağlı tövsiyələr hazırlayan “Makfol-Yermak” adlı qrupun üzvləri, o cümlədən Prezident Co Baydenin ailə üzvləri də daxil olmaqla 25 Amerika vətəndaşı “stop-siyahı”ya daxil edilib”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatında bildirilir.

Siyahıya xüsusən də ABŞ Prezidentinin həyat yoldaşı və qızı – Cill və Eşli Bayden daxil ediliblər.

Sanksiyaya məruz qalan ABŞ vətəndaşlarının ümumi sayı 1048 nəfərə çatıb.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir