Dünya

Severodonetskin meri: “Şəhər o qədər dağıdılıb ki…”

Sharing is caring!

“Severodonetsk Rusiya ordusunun tam nəzarəti altındadır, artıq Ukraynanın nəzarətində olan ərazidən şəhəri tərk etmək mümkün deyil”.

Bu sözləri Severodonetsk şəhərin meri Oleksandr Stryuk ümumkrayna telemarafonunun efirində deyib.

“Rusiya tərəfi orada öz nizam-intizamını qurmağa çalışır, şəhərə komendant təyin ediblər. Şəhər o qədər dağıdılıb ki, insanların bu vəziyyətin öhdəsindən gəlməsi çətin olacaq. Ümid edək ki, şəhər ən qısa zamanda Ukraynanın nəzarətinə qayıdacaq”, – deyə mer bildirib.

Oleksandr Stryukun sözlərinə görə, şəhər əhalisinin tam təxliyyəsi hələlik mümkün deyil.  

Mənbə: Segodnya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir