Dünya

Əsir götürülən “Azovstal” müdafiəçilərinin taleyi necə oldu?

Sharing is caring!

“Rusiyalı hərbçilərin əsir götürdükləri “Azovstal”ın müdafiəçiləri sağdırlar. Lakin onların hansı şəraitdə saxlandığı hələlik məlum deyil”.

Bu sözləri Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak deyib.

“Biz bilirik ki, Mariupolun müdafiəçiləri sağdırlar. Onların hansı şəraitdə saxlanıldıqlarına gəlincə, biz bu məsələni də diqqətdə saxlayırıq. Bunu dəqiq deyə bilməsək də, onların sağ olduqlarını dəqiq bilirik”, – deyə A.Yermak vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın Baş Kəşfiyyat İdarəsi “Azovstal”ın müdafiəçiləri ilə bağlı məsələni daim nəzarətdə saxlayır.

“Onların bəziləri ilə əlaqə var və azadlığa buraxılmaları üzrə proses bir saat belə dayanmır. Mən, həqiqətən, ümid edirəm ki, proses aktiv fazaya keçəcək və biz öz qəhrəmanlarımızı Ukraynaya qaytarmağa başlayacağıq”, – deyə Ukrayna Prezidenti Aparatının rəhbəri söyləyib.

Mənbə: Rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir