Dünya

Azərbaycan vətəndaşları Almaniyada federal axtarışa verilib

Sharing is caring!

Almaniyada yaşamaq haqqında qanunu pozan şəxslərin işi məhkəməyə göndərilib.

“Report”un Avropa bürosunun məlumatına görə, Şimali Reyn-Vestfaliya əyalətində möhlət hüququ ilə yaşayan şəxslərin Azərbaycana geri göndərilməsi ilə bağlı başladılan hüquqi prosedurun icrası mümkün olmayıb.

Üçü bir ailənin üzvü olan 7 Azərbaycan vətəndaşı deportasiyadan yayınaraq başqa federal əyalətdə gizləniblər.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin Şimali Reyn-Vestfaliya üzrə nümayəndəliyi deportasiyadan yayınan şəxslərin saxlanılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

Əyalət məhkəməsi həmin şəxslərin saxlanılması ilə bağlı qərarı təsdiqləyib. Hazırda Azərbaycan vətəndaşlarının axtarışı davam edir.

Məlumat üçün bildirək ki, iyun ayının sonu Azərbaycan vətəndaşlarının Almaniyadan növbəti deportasiyası gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir