Dünya

Vacib qərar öncəsi Gürcüstana “qırmızı işıq”: Neçə postsovet ölkəsi “avropalaşacaq”?

Sharing is caring!

Avropa Komissiyası hesab edir ki, Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd ölkə statusu verilə bilər, ancaq bir sıra şərtlər yerinə yetirildikdən sonra.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu gün keçirdiyi brifinqdə bildirib.

“Ölkə siyasi cəhətdən birləşməli, vətəndaş cəmiyyəti sahəsində islahatlar aparmalıdır. Buna əsaslanaraq, biz Gürcüstana Avropa perspektivi ilə bağlı tövsiyələr veririk və Gürcüstana statusun verilməsini yenidən müzakirə etmək üçün tövsiyələrin necə həyata keçiriləcəyinə baxacağıq”.

Avropa Komissiyası Ukrayna və Moldovanın indi Aİ üzvlüyünə namizəd kimi tanınmasını tövsiyə edir, eyni zamanda, gələcəkdə onların bir sıra mühüm islahatlar həyata keçirməli olduqlarını bildirir.

Aİ liderləri iyunun 23-24-də Brüsseldə keçiriləcək sammitdə Gürcüstan, Ukrayna və Moldovaya namizəd statusunun verilməsi və ya rədd edilməsi ilə bağlı yekun qərarı verəcəklər. Statusun verilməsi barədə qərar 27 üzv dövlətin hamısı tərəfindən dəstəklənməlidir.

Mənbə: Apsny.ge

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir