Dünya

Britaniya müdafiə naziri: “Ukrayna Rusiyanı Donbassdan sıxışdırıb çıxarmağa qadirdir”

Sharing is caring!

“Rusiyanın hərbi gücü tükənmək üzrədir”.

Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.  Onun sözlərinə görə, Ukrayna Rusiyanı Donbassdan sıxışdırıb çıxarmağa qadirdir.

Nazir bunu Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. Bununla bağlı video dövlət başçısının “Telegram” kanalında yayımlanıb.

“Mən tariximizdə çoxlu ümumi cəhətlər görürəm. Çünki birincisi, düşmən ordusu, faşist rejimi daha güclüdür. Bəli, doğrudan da biz indi Ukraynanın Rusiyanı Donbassdan sıxışdırıb çıxarmağa qadir olduğunu görürük. Biz görürük ki, mən artıq qeyd etdiyim rejim ən azı hərbi güc baxımından çöküş astanasındadır. Yəni onlar da indi tükənmək ərəfəsindədirlər”, – deyə Uolles vurğulayıb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir