Dünya

Britni Spirsin keçmiş sevgilisi pop ulduzun nikah mərasimini pozmağa cəhd edib

Sharing is caring!

Artıq xəbər verdiyimiz kimi, dünyaca məşhur pop müğənni Britni Spirs ötən gün növbəti dəfə ailə həyatı qurub.

Nikah mərasimi 40 yaşlı müğənninin Kaliforniyadakı villasında baş tutub.

Jurnalistlərdən heç kim izdivac mərasiminə buraxılmasa da, nikah mərasimində baş vermiş insidentin bəzi təfərrüatları mətbuata məlum olub.

İddia edilir ki, B.Spirsin keçmiş sevgilisi toy mərasiminə müdaxilə edərək onu pozmağa çalışıb.

Ceyson Aleksandr adlı şəxs əraziyə dəvətsiz daxil olub və mühafizəçilərə deyib ki, toyun baş tutmasına icazə verməyəcək. Lakin o, bir neçə dəqiqə sonra həbs edilib.

Qeyd olunur ki, baş verən insident yeni evlənənlərin əhval-ruhiyyəsinə və mərasimin gedişatına heç bir təsir göstərməyib.

Mənbə: TMZ

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir