Dünya

ABŞ-da ukraynalıların yeni sənət növü: Müharibə “əllərlə oxunan rəsmlər”də – FOTO

Sharing is caring!

Nyu-Yorkda hesoqrafiya texnikasından istifadə edilməklə yaradılmış unikal rəsm kolleksiyasının təqdimatı keçirilib. Bu, lvovlular – Oleq və Aleksandr Denisenko tərəfindən icad edilən yeni sənət növüdür.

Bu barədə “UP.Life” nəşrində məqalə dərc edilib. Eyni zamanda kinorejissor və art-vizioner olan Aleksandr Denisenko əmindir ki, atasının bədii ixtirası Ukraynanın dünya incəsənətinə töhfəsidir.

Hesoqrafiya – qravüra, heykəltaraşlıq, gesso və rəngkarlıq üsullarının innovativ birləşməsidir.

Denisenkonun hazırda Manhettendəki Ukrayna Amerika İnstitutunda təqdim olunan ekspozisiyası ANTIQVITAS NOVA adlanır ki, bu da “Yeni Qədimlik” deməkdir. Kolleksiya Xeyir və Şərin əbədi mübarizəsi haqqında müasir Ukrayna eposunun təcəssümüdür.

Denisenkonun sözlərinə görə, sərginin məqsədi həm də Rusiyanın Ukraynaya hücumuna qarşı çağırış etməkdir.

“Bizim böyük arzumuz odur ki, Ukrayna incəsənəti dünya incəsənətinin, Ukrayna isə Qərb sivil dünyasının bir hissəsi olsun. Və bunun reallaşması üçün biz ilk növbədə “barbar rus ayısına” qalib gəlməliyik”, – deyə Aleksandr Denisenko vurğulayıb.

Kolleksiyanın simvolu “Uğurlu ov” şəklidir. Burada təcavüzkar dövlətin simvollarından biri olan ölü ayı təsvir edilib ki, ayının başı Ukraynanın dövlət gerbinin əsas elementi olan, başı üçbucaqlı nizə ilə deşilib.

“Bu, işğalçının taleyinin qeyd-şərtsiz əlamətidir – azad və müstəqil Ukrayna xalqının cavabıdır”, – deyə Aleksandr qeyd edib.

“Bunlar əllərinizlə toxunub oxuya biləcəyiniz şəkillərdir, çünki hesoqrafiya heykəltaraşlığın həssas relyefini götürüb. Qrafikadan isə incəlik və simvolik narrativi (nəqli – red.) götürüb ki, süjetlə ünsiyyət quraraq, özümüzü, dünyanı və dünyada özümüzü tanıyırıq, varlığımızın anlamlarını yaradırıq”, – deyə müəllif hesoqrafiya əsərləri barədə açıqlama verib.

Denisenkonun missiyasının əsas hissəsi xeyriyyə komponenti və Ukrayna Silahlı Qüvvələrinə dəstəkdir.

Oleq və Aleksandr Denisenko sərginin həmtəşkilatçısı olan Ukrayna Katolik Universitetinin (UCU) humanitar yardım təşəbbüsünə qoşulublar. Sənətçilər Ukraynadakı humanitar böhranın həlli üçün bu günə qədər üç milyon dollardan çox vəsait toplayan universitetlə mədəniyyət cəbhəsində əməkdaşlıq edirlər.

Mənbə: Life.pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir