Dünya

Qadın zibil borusunda ilişib qaldı – FOTO

Sharing is caring!

Nijni Tagil sakininin telefonu təsadüfən binanın zibil borusuna düşüb.

Hadisə iyunun 5-də Leninqradski prospektindəki evlərdən birində baş verib.

Xanım telefonunu çıxarmaq üçün özün boruya daxil olmaq məcburiyyətində qalıb, amma oradan çıxa bilməyib.

Qadını çıxarmaq üçün xilasedicilər alpinist avadanlıqlarından istifadə etməli və zibil borusu sistemini qismən sökməli olublar.

Yayımlanan görüntülərə əsasən, zərərçəkənin tibbi yardıma ehtiyacı olmayıb.

Mənbə: “VKontakte”, “Tagil xilasedicisi” qrupu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir