Dünya

Kaxa Kaladzenin müavini evində ölü tapılıb

Sharing is caring!

Tbilisi şəhərinin meri Kaxa Kaladzenin müavini İlya Eloşvili mənzilində ölü vəziyyətdə tapılıb.

Hələlik Tbilisi meriyası İlya Eloşvilinin ölümü ilə bağlı rəsmi açıqlama yaymayıb.

Qeyd olunur ki, İlya Eloşvilinin 47 yaşı olub.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları çağırılıblar. 

Verilən son məlumata görə, istintaq intihar həddinə çatdırılma maddəsi ilə cinayət işi açıb.

Məlumat üçün əlavə edək ki, İlya Eloşvili bir müddət Gürcüstanın energetika naziri olub.

Mənbə: “Azadlıq radiosu”nun Gürcüstan xidməti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir