Dünya

Boru açıcı maddə bomba kimi partladı – VİDEO

Sharing is caring!

Türkiyədə, İstanbulun Bahçelievlər rayonunda yaşayan 61 yaşındakı Süha Ençin tıxanan borunu açmaq üçün tökdüyü kimyəvi maddə bomba kimi partlayıb. Ençin bədənində yanıqlar əmələ gəlib.

“Əlimi uzadıb tökməyə çalışdığım zaman partlayış oldu. Sağ əlimin üst tərəflərində yanğı hiss etdim. Sonra tozla mayeni qarışdırdıqda partlayış ola biləcəyini öyrəndim. İnsanlara tövsiyəm odur ki, məlumatları olmadan heç bir kimyəvi maddədən istifadə etməsinlər”, – deyə o bildirib.  

Bədəninin müxtəlif yerlərindən yanıq xəsarətləri alan kişi xəstəxanaya müraciət edib. Xəstəxananın həkimi Mustafa Turan vətəndaşlara kimyəvi maddələrdən istifadə edərkən diqqətli olmalarını məsləhət görüb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir