Dünya

Tailandda uşaq mərkəzinə hücum: Əksəriyyəti uşaqlar olmaqla 10-larla qurban – FOTO/VİDEO

Sharing is caring!

Tailandda silahlı şəxs uşaq mərkəzinə hücum edərək, qarşısına çıxanları gülləbaran edib. Nəticədə azı 34 nəfər həlak olub, onlardan 22-si uşaqdır.

Qorxunc hadisə Nonq Bua Lamphu əyalətində baş verib.

Bundan başqa, çoxlu sayda yaralılar da var.

Hadisə yerinə xeyli sayda hüquq mühafizəçiləri cəlb olunublar.

Yerli mediada yayılan məlumata görə, keçmiş polis əməkdaşı olan basqınçı hücumdan sonra intihar edib.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir