Dünya

Türkiyədə turistləri daşıyan mikroavtobus aşdı: Çox sayda yaralı var – FOTO

Sharing is caring!

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Kemerdə hoteldən Demre rayonuna gedən nəqliyyat vasitəsində 15 nəfərdən 13-ü turist olub.

Sürücü idarəetməni itirib və mikroavtobus ağaca və elektrik dirəyinə çırpılıb.

Qəzada 11 turist və sürücü yaralanıb, iki ağac və orta yolda olan işıq dirəyi aşıb. Qəza yerinə polis, səhiyyə və yanğınsöndürmə briqadaları cəlb ediliblər.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıblar.

Mənbə: DHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir