Dünya

İranda kütləvi etirazlar yenidən başqa şəhərlərə sıçrayır – VİDEO

Sharing is caring!

Xuzistan vilayətinin Abadan şəhərində məsul şəxslərin səriştəsiz idarəçiliyinə qarşı başlayan etiraz aksiyaları yenidən başqa əyalətlərə yayılır.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, mayın 25-i və 26-na keçən gecə Abadan, Xorrəmşəhr, Hormozqan əyalətinin mərkəzi Bəndər-Abbas şəhərlərindən başqa, Şahinşəhr və Behbahan şəhərlərində də kütləvi etiraz aksiyaları başlayıb.

Etirazçılar hökumət rəsmilərinə qarşı ənənəvi şüarlar səsləndirməklə yanaşı, “Vilayət-e fəqih hakimiyyətinə ölüm olsun”, “Xamenei qatildir, hakimiyyəti batildir” kimi birbaşa Əli Xameneiyə qarşı şüarlar səsləndiriblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir