Dünya

Nərgizin Rusiyaya girişi 2072-ci ilədək qadağan edildi – YENİLƏNİB + FOTO

Sharing is caring!

Özbəkistan əsilli rusiyalı ifaçı Nərgiz Zakirovanın vətənindən qayıdan zaman Moskvanın Domodedovo hava limanında saxlanılmasının səbəbləri məlum olub.

Belə ki, sənətçinin vəkili Bəhrom İsmayılova Nərgizin 2072-ci ilədək Rusiyaya girişini qadağan edən sənəd təqdim edilib. “Bu, “xüsusi əməliyyat”ı pisləyən ictimai xadimlərin aldığı standart qadağadır. Eyni məhdudiyyət Nərgiz Zakirovaya da qoyulub. Nərgiz buna hazır idi. O, belə tədbirlərin görüləcəyini güman edirdi. Buna baxmayaraq, müştərim öz vətəndaş mövqeyinə sadiq qalır”, – deyə vəkil bəyan edib.

14:30

Populyar özbək müğənni Nərgiz Zakirova Daşkənddən Rusiyaya qayıtdıqdan sonra Moskvanın “Domodedovo” hava limanında saxlanılıb.

Musiqiçinin yenidən Özbəkistana deportasiya oluna biləcəyi deyilir.

Qeyd edək ki, Rusiya ilə bağlı sərt açıqlamalar verən  Zakirova Ukraynadakı vəziyyət fonunda aprel ayında Özbəkistana qayıtmışdı.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir