Dünya

Meksikada işçiləri daşıyan avtobusda əyləc sıradan çıxdı: 14 nəfər öldü – FOTO

Sharing is caring!

Meksikada ferma işçilərini daşıyan avtobus idarəetmədən çıxaraq divara çırpılıb. Qəza nəticəsində 14 nəfər həyatını itirib.

Bu barədə ştatın mülki müdafiə agentliyi xəbər yayıb.

Məlumata görə, dəhşətli hadisə ölkənin qərbindəki Xalisko əyalətində Tuksqueka-Cital avtomobil yolunda baş verib.

“Nəqliyyat vasitəsi Xokotepek istiqamətində hərəkət edərkən əyləc sistemi sıradan çıxıb. Sürücü avtomobili dayandırmağa cəhd edib və maşın yol kənarındakı qayaya çırpılıb. Qəzada 20 nəfər yaralanıb… Son məlumatlara görə, 14 nəfər ölüb”, – deyə xidmət “Twitter”də bildirib.

Xilasedicilərin sözlərinə görə, avtobus yerli hakimiyyət orqanları ilə razılaşma əsasında giləmeyvə istehsal edən şirkətin əməkdaşlarını aparırmış. Avtomobilin sürücüsü dünyasını dəyişib.

Hadisə yerində fövqəladə vəziyyətin aradan qaldırılması istiqamətində iş aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir