Dünya

Cavuşoğlu: “ABŞ Finlandiya və İsveçə lazımi mesajları çatdıracaq”

Sharing is caring!

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə bir araya gəlb.

Görüşdən sonra mətbuat mənsublarına açıqlamalar verən nazir danışıqları müsbət qiymətləndirib.

“Blinkenlə Strateji Mexanizm çərçivəsində çox müsbət görüşümüz oldu. Biz ikitərəfli münasibətləri, o cümlədən regional məsələləri, həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsini müzakirə etdik. Biz əməkdaşlıq sahələrimizi necə təkmilləşdirə biləcəyimizdən danışdıq”, – deyə Çavuşoğlu bəyan edib.

Jurnalistlərin suallarını cavablandıran XİN rəhbəri ABŞ və Türkiyə arasında F-16 qırıcılarınınnın satışı ilə bağlı danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib.

O, həmçinin NATO-ya üzv və namizəd ölkələrin terror təşkilatlarına dəstək verməsini, təşkilata üzv olan və ya olmağa hazırlşan ölkələrin bir-birinə silah satışı məhdudiyyətləri tətbiq etməsini qəbuledilməz adlandırıb.

Çavuşoğlunun sözlərinə görə, Blinken Finlandiya və İsveçin Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırması üçün onlara lazımi mesajları çatdıracağını vəd edib.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir