Dünya

Oğlan marketi soymaq istəyən soyğunçunu qovdu – FOTO/VİDEO

Sharing is caring!

Adanada qəribə soyğunçuluq hadisəsi baş verib. Üzündə cərrahi maska ​​olan kişi girdiyi marketdə rəfdən şokolad götürərək kassaya yaxınlaşıb. Şokoladın pulunu ödəyərkən kassanın yanındakı bıçaqlardan birini götürərək qiyməti soruşub. Kassir qiyməti deyib və pulu saymağa başlayıb. Bu zaman soyğunçu cibindən çıxardığı bıçağı kassirə doğru tutaraq kassadan çəkilməsini, əks təqdirdə onu öldürəcəyini deyib. Təşvişə düşən kassir seyfi açıb və şübhəlinin yanından uzaqlaşıb.

Lakin soyğunçunun seyfdəki pulu götürərkən bir anlıq diqqətinin dağılmasından istifadə edən mağaza əməkdaşı  bıçaqlardan birini götürüb kənara atıb. Soyğunçu təşvişə düşüb və kassadakı 100 TL-ni götürərək marketdən qaçıb. Kassir bir müddət arxasınca getdiyi soyğunçunu izləsə də, o, küçədə gözdən itib. Həmin anlar marketdəki təhlükəsizlik kamerasına əks olunub.

Kassirin zəngi ilə hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları şübhəli şəxsin tutulması üçün işlərə başlayıb. Ərazidə araşdırma aparan qruplar şübhəlini küçədə ələ keçirib. Sorğu-sual edilmək üçün polis idarəsinə aparılan şübhəli ifadəsində pula ehtiyacı olduğu üçün belə bir yola əl atdığını bildirib.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən soyğunçu məhkəmə tərəfindən həbs edilib.

Mənbə: CNN Türk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir