Dünya

Rusiya Baltik Dənizi Dövlətləri Şurasından çıxır

Sharing is caring!

Rusiya Baltik Dənizi Dövlətləri Şurasından çıxmaqla bağlı rəsmi qərar qəbul edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

Eyni zamanda, Rusiya Federasiyasının Federal Məclisi Baltik Dənizi Parlament Konfransından çıxmaq barədə qərar qəbul edib.

“Şuraya üzvlüyün dayandırılması Rusiyanın regionda mövcudluğuna təsir etməyəcək. Ölkəmizi Baltikyanı ölkələrin sırasından sıxışdırıb çıxarmaq cəhdləri uğursuzluğa məhkumdur. Biz məsul tərəfdaşlarla işi davam etdirəcəyik, Baltikyanı ölkələrin inkişafının əsas məsələləri üzrə tədbirlər keçirəcəyik”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Baltik Dənizi Dövlətləri Şurası 1992-ci ildə Almaniya, Norveç, Finlandiya, Danimarka, Polşa, İsveç, Latviya, Rusiya, Estoniyanın təşəbbüsü ilə Kopenhagendə yaradılıb. 1995-ci ildə təşkilata İslandiya da qoşulub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir