Dünya

Rusiya XİN: “İsveç və Finlandiyada siyasi qərarlar qəbul edənlərin səviyyəsi belədir”

Sharing is caring!

Finlandiya və İsveçin NATO Alyansına daxil olması daha bir səhv addım olacaq və çox böyük nəticələrə gətirib çıxaracaq. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Stokholm və Helsinkinin NATO təşəbbüsünü qiymətləndirərkən deyib.

“Hərbi gərginliyin ümumi səviyyəsi artacaq, bu sahədə proqnozlaşdırılma azalacaq. Təəssüf ki, sağlam düşüncə indiki vəziyyətdə nə etmək lazım olduğuna dair bəzi fantom təsəvvürlərə qurban verilir. Bu, çox böyük nəticələrə səbəb ola biləcək başqa bir ciddi səhvdir. Amma nə etməli, bu gün müvafiq ölkələrdə siyasi qərarlar qəbul edənlərin səviyyəsi belədir”, – deyə diplomat qeyd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir