Dünya

Latviya parlamenti Sovet ordusunun əsgərlərinə qoyulan abidənin sökülməsinə icazə verib – FOTO

Sharing is caring!

Latviya parlamenti “Sovet ordusunun əsgərlərinə – Sovet Latviyasını və Riqanı nasist işğalçılarından azad edənlərə abidə”nin sökülməsinə icazə verib.

Ötən həftə Latviya Prezidenti Eqil Levits abidəni işğalın və Latviya xalqının əzablarının sübutu adlandırıb, həmçinin onun sökülməsinin vacibliyini vurğulayıb.

Faşizm üzərində Qələbə Günündən bir gün sonra abidə ətrafında böyük qalmaqal yaranıb – bələdiyyə xidmətləri mayın 9-da qoyulan gülləri traktorla təmizləyiblər, mayın 11-də isə abidəyə giriş bağlanıb.

Mənbə: Strana

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir