Dünya

Daha bir ölkə Rusiyanın Ukraynadakı hərbi fəaliyyətini soyqırım kimi tanıdı

Sharing is caring!

Mayın 11-də Çexiya Senatı Rusiya ordusunun Ukraynada törətdiyi cinayətləri Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Bu barədə Ukraynanın Praqadakı səfiri Yevgeni Perebiynis bildirib.

Çexiyalı senatorları bildiriblər ki, Rusiya Ukraynada beynəlxalq humanitar hüququ və beynəlxalq konvensiyaları kobud şəkildə pozur.

Senat Rusiya tərəfindən Ukraynanın Buça, Borodyanka, İrpen və Mariupol kimi şəhərlərində əhaliyə qarşı terrora, kütləvi edamlara və yüz minlərlə insanın deportasiyasına dəlalət edən çoxsaylı hərbi cinayətləri pisləyib, bu əməlləri sistemli və geniş miqyasda törədilən insanlığa qarşı etnik motivli cinayətlər hesab edib və onların Ukrayna xalqına qarşı soyqırımın təzahürü olduğunu vurğulayıb.

Qeyd edək ki, mayın 10-da Litva Seymi Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım, Rusiyanı isə terroru dəstəkləyən və həyata keçirən dövlət kimi tanıyan qətnaməni təsdiqləyib.

Mənbə: pravda.com.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir