Dünya

Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətlərinin görüşü keçirilə bilər

Sharing is caring!

Rəsmi Ankara Kiyev və Moskva arasında atəşkəsə nail olmaq üçün çalışır. Diplomatik mənbələr toqquşmalar fonunda danışıqlar prosesinin davam etdiyini açıqlayıblar.

Vəziyyətin getdikcə pisləşdiyini qiymətləndirən mənbələr yaxın günlərdə baş tutması gözlənilən mühüm görüşə diqqət çəkiblər.

Birləşmiş Millətlər Təşkilatının humanitar təmas qrupu yaratmaq təklifinin olduğunu qeyd edən mənbələr Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında bu çərçivədə yaxın günlərdə danışıqların davam edə biləcəyini bildiriblər. Eyni zamanda, tərəflər arasında texniki görüşlərin keçirilə biləcəyi vurğulanıb.

Diplomatik mənbələr atəşkəs danışıqlarının bir hissəsi olan təhlükəsizlik təminatlarına da diqqət çəkiblər.

“Beşlik” (BMT TŞ üzvləri – red.) və əlaqəli ölkələrlə danışıqların davam etdiyi bildirilib. Qeyd olunur ki, bu ölkələr hələlik tərəflərə təklif təqdim etməyiblər.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir