Dünya

Əllidən çox ölkədə COVID-ə yoluxma artır

Sharing is caring!

Dünyanın 50-dən çox ölkəsində koronavirusa yoluxma hallarının sayı artır və bu artım “omikron” ştammının alt növlərindən qaynaqlanır.

Bu barədə çərşənbə axşamı Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

“50-dən çox ölkədə yoluxma hallarının artması bu virusun gözlənilməzliyindən xəbər verir”, – deyə ÜST rəhbəri bəyan edib.

O, vurğulayıb ki, qlobal miqyasda dominant “omikron” variantının BA.2 alt növüdür. Eyni zamanda, yoluxmanın artmasında BA.4 və BA.5 alt növlərinin də rolu var.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir