Dünya

Gürcüstan Aİ-yə üzvlük üçün sorğunun ikinci hissəsini təqdim edib

Sharing is caring!

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Aİ-nin respublikadakı səfiri Karl Hartzelə Avropa İttifaqına üzvlüklə bağlı doldurulmuş sorğunun ikinci hissəsini təqdim edib.

Bu barədə çərşənbə axşamı Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Avropalı diplomat anketi doldurduğuna görə Gürcüstanın Baş nazirinə təşəkkür edib və respublikanın nailiyyətlərinin qiymətləndirilməsində Avropa Komissiyasına köməklik göstərəcəyini qeyd edib.

Sorğunun ikinci hissəsi 33 fəsildən ibarət olub və ölkənin müxtəlif sahələrdə inkişafı ilə bağlı 2300 sualı əhatə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir