Dünya Manşetüstü

Hizbullahdan ABŞ-a: Livan xalqı alçaldıldı

Sharing is caring!

Livana münasibətdə ABŞ sanksiyaları Livan xalqı üçün təhqirdir.

XeberAl.az xəbər verir ki, bunu Hizbullahdan olan deputat Əli Fayad deyib.

“Sanksiyalar haqqında ABŞ-ın qərarı hər şeydən əvvəl Livan xalqının alçaldılmasıdır. Nazirlər Kabineti və parlamentin baş verənlərlə bağlı rəsmi mövqeyinə ehtiyac var”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ bundan öncə Livan rəsmilərinə və Hizbullah hərəkatına dəstək verən şəxslərə sanksiya tətbiq edib. Sanksiyalar siyahısına Livanın parlamentinin üzvləri Əmin Şerri və Məhəmməd Həsən Raadanın, həmçinin Hizbullahla ölkənin təhlükəsizlik xidmətlərinin əlaqələndirilməsinə məsul olan Səfa Vafiqin adları daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir