Dünya

Ukrayna 12 rusiyalı generalı necə öldürüb?

Sharing is caring!

Birləşmiş Ştatlar Rusiya ordusunun birləşmələri barədə kəşfiyyat məlumatları ötürüb və bu sayədə Ukrayna ordusu hücum edə və 12 Rusiya generalını öldürə biliblər.

Bu barədə “The New York Times” nəşri ABŞ məmurlarına istinadən məlumat yayıb.

Birləşmiş Ştatların Ukraynaya kəşfiyyat məlumatları baxımından yardımının mərkəzində Rusiya ordusunun tez-tez köçürülən mobil qərargahının yeri və digər təfərrüatlarını təqdim etmək dayanıb. Burada ABŞ tərəfinin müxtəlif peyklərdən istifadə etdiyi vurğulanır.

Qeyd olunur ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası döyüş meydanındakı kəşfiyyat məlumatlarının böyük hissəsini gizli saxlamağa cəhd edib. Burada səbəb Rusiyanı daha genişmiqyaslı müharibəyə qıcıqlandırmamaq olub.

Mənbə: Pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir