Dünya

Böyük Britaniya azərbaycanlı jurnalistə qarşı sanksiya tətbiq etdi

Sharing is caring!

Böyük Britaniya hökuməti anti-Rusiya sanksiyalarını genişləndirərək, onları Ukraynadakı hadisələri yanlış işıqlandırdıqları üçün Ümumrusiya Dövlət Teleradio Şirkətidə çalışan jurnalistlərə və digər media mənsublarına şamil edib.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı bəyanatda deyilir.

“Qara siyahı”ya “Rossiya” telekanalının azərbaycanlı jurnalisti Nailə Əsgərzadənin adı da salınıb.

Həmçinin, Yevgeni Poddubnı, Aleksandr Kots, Dmitri Steşin, teleaparıcı Mixail Leontyevə qarşı məhdudlaşdırıcı tədbirlər görülüb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir