Dünya

Zelenski Kremlin təcavüzünə dünyanın təsirli cavabından danışdı – VİDEO

Sharing is caring!

Ukrayna Prezidenti Volodimir Zelenski “Wall Street Journal”ın “CEO Council Summit” sessiyasında Kremlin təcavüzünə dünyanın təsirli cavabının nə ola biləcəyindən danışıb.

Onun sözlərinə görə, bu, ilk növbədə təcavüzkarın xüsusən də iqtisadi cəhətdən tamamilə təcrid edilməsidir.

“İkincisi, Ukraynanın bu müharibədə ayaqda qalması və azadlığını qorumasına kömək etməkdir. Üçüncüsü, müharibə nəticəsində dağıdılanların bərpasıdır”, – deyə prezident əlavə edib.

Zelenski həmçinin bütün dünya biznesini Rusiyanı tərk etməyə çağırıb.

“Sizə elə gəlir ki, Rusiya ilə qazanclı biznesiniz var. Amma bir gün yuxudan oyananda görürsən ki, üstünə raket uçur… və hər şey dəyişir. Sabah pul vermək əvəzinə sizə raketlər göndərəcək biri ilə iş görmək mümkün deyil”, – deyə o vurğulayıb.

Mənbə: Gazeta

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir