Dünya

Rusiya ordusunun “Azovstal”a hücumu başladı

Sharing is caring!

Rusiya qoşunları Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavoduna hücum edib.

“Azov” alayının komandirinin müavini Svyatoslav Palamar (Kalina) bildirib ki, Rusiya qoşunları hazırda zavodun ərazisinə soxulmağa çalışır.

“Bütün gecə bizi havadan bombaladılar, iki mülki qadın öldürüldü, indi də “Azovstal”a hücum edilir”.

Jurnalist Andrey Tsapliyenko da “Telegram” kanalında hücumun başladığını təsdiqləyib:

“Hazırda zavodun ərazisinə soxulmağa çalışırlar. Məlumatı “Azov” alayının komandir müavini də təsdiqləyir. Hələlik əlavə təfərrüat yoxdur”.

Qeyd edək ki, mayın 1-də Mariupoldakı “Azovstal” müəssisəsinin sığınacağında olan mülki əhalinin təxliyəsinə başlanılıb.

Mariupol meri Vadim Boyçenkonun sözlərinə görə, “Azovstal” ərazisində yerləşən sığınacaqlardan 100-dən çox insan çıxarılıb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir